İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


10.03.2017  09:32 

Milli Məclis bu gün növbəti iclasa toplanacaq - GÜNDƏLİK





A+  A-

“Milli Məclisin yaz sessiyasının növbəti iclası bu gün - martın 10-da keçiriləcək”.
Bunu XəzərNews.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının bugünkü iclasının gündəliyinə 8 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

1. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;

2. "Lisenziya və icazələr haqqında” qanuna dəyişiklik;

3. “Sərhəd Qoşunları haqqında” qanuna dəyişiklik;

4. ”Dövlət sərhəddi haqqında” qanuna dəyişiklik;

5.”Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda;

6. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik;

7.”Reklam haqqında” qanuna dəyişiklik;

8. ”Əmək pensiyaları haqqında”qanuna dəyişiklik.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının martın 7-də keçirilən plenar iclasının ikinci hissəsi "8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibətilə təxirə salınmışdı.

Xəbər 4273 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +