İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


14.02.2017  12:45 

Fransanın beynəlxalq hüquqa zidd ADDIMI - Azərbaycan bu ölkəyə nota göndərə bilər





A+  A-


Parlamentin növbəti plenar iclasında Fransa prezidenti Fransua Ollandın ermənilərə dəstək bəyanatı verməsi məsələsi müzakirə edilib.

XəzərNews.az xəbər verir ki, millət vəkili Azay Quliyev deyib ki, Fransanın bu hərəkəti beynəlxalq hüquq normalarına ziddir və cavabsız qalmamalıdır:

“Azərbaycan Fransaya nota göndərə bilər

“Müəyyən diplomatik addımlar atılımalıdır. Ollandın prezidentliyinin başa çatmasına iki ay qalmış belə bəyanat səsləndirməsi təsadüfi deyil. Bizim XİN tərəfindən Fransaya etiraz notası göndərilməlidir. Fransa ATƏT-in Minsk qrupunun üzvüdür, ancaq bu cür bəyanatlarla çıxış edir. Bu, yolverilməzdir”.

Spiker Oqtay Əsədov isə deyib ki, Fransa prezidentinin çıxışı tam tərkibdə verilməyib: “Əsas mövzuları erməni mətbuatından götürülüb. Fransa mətbuatına baxıldı. Təhriflər var. Amma onunla razıyam ki, Fransa prezidenti ərazi bütövlüyü məsələsinə toxunmayıb, yəni orada Madrid prinsipinin adı çəkilsə də, ərazi bütövlüyü məsələsindən danışılmayıb”.

 



Xəbər 3533 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +