Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


08.07.2025  11:27 

Avropa Parlamentinin deputatı Bakıdan nə gözləyir?





A+  A-

Avropa Parlamentinin deputatı Natali Loiseau Ermənistanın Azərbaycanla sülh əldə etmək səylərini dəstəklədiyini, eyni yanaşmanı Bakıdan da gözlədiyini bildirib.

XəzərNews.az xəbər verir ki, bunu Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və münasibətlərin normallaşdırılması haqqında sazişin mətninin müddəalarına yenidən baxılması və bu sazişin mümkün qədər tez imzalanmasının zəruriliyi ilə bağlı tərəflərin bəyanatları barədə danışan Avropa Parlamentinin deputatı Armenpress-in müxbiri ilə söhbətində qeyd edib.

Söhbət zamanı Avropa Parlamentinin deputatı Yerevan və Bakı arasında sülhün bərqərar olmasına yönəlmiş sazişin yekunlaşdırılmasını mühüm mərhələ adlandırıb.

"Mən Ermənistan hakimiyyətinin sülhə nail olmaq üçün davam edən səylərini qətiyyətlə dəstəkləyirəm. Azərbaycanla əldə olunan razılaşma çox mühüm mərhələdir. Mən Bakıdan prosesi başa çatdırmaq və razılaşdırılmış sülh müqaviləsini imzalamaq üçün aydın öhdəlik gözləyirəm", - deyə Natali Loiseau vurğulayıb.

Xəbər 310 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +