İran İsrailə kütləvi ballistik raketlər atdı
Rusiya Kiyevi vurdu: 14 nəfər həlak olub
Tramp: Hamı Tehranı dərhal boşaltmalıdır
SEPAH generalı Əli Şadmani öldürülüb
Təbrizdə iki güclü partlayış baş verib
AZAL-ın bu istiqamətdə reysləri ləğv olunub
Heydərov Gəncəyə rəis təyin etdi
ABŞ ilə danışıqlar aparmaq mənasızdır - İran XİN sözçüsü
Ruslar İsraili tərk edir
Parisdə Azərbaycan mədəni irsi təqdim olundu


31.03.2021  14:50 

“Maska meyvə deyil ki, üzərində qurd çoxalsın”





A+  A-

Sosial şəbəkələrdə virusdan qorunmaq üçün insanların hər gün istifadə etdiyi tibbi maskalarda kiçik qurdların olması ilə bağlı məlumatlar yayılıb. Paylaşılan videotəcrübələrdə iddia olunur ki, maska qaynar suya qoyulduqda daxilində olan xırda qurdlar səthə çıxır.
Bu məsələ bəzi insanlar arasında çaşqınlıq yaradıb. Qiyməti nisbətən ucuz olduğundan ən çox satılan həmin ənənəvi maskaların etibarsız olma ehtimalı müzakirə edilir.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadənin fikirlərini öyrənib. Həkimin sözlərinə görə, heç bir halda aptekdən alınmış maskanın üzərində qurd olmaz. Çünki maskada qurdun olması üçün orada əlverişli şərait olmalıdır:

“Bu, kimlərinsə məqsədyönlü şəkildə insanlar arasında təşviş yaratmaq məqsədilə aparılan kampaniyadır. Və ya kimlərsə bununla özünü sosial şəbəkələrdə gündəmə gətirmək istəyirlər, onların tibb aləmindən xəbərləri yoxdur. O insanlar maska istehsalını gözlərinin qarşısına gətirsələr, heç danışmazlar. Çünki maska istehsal olunarkən müəyyən şüaların təsiri ilə zərərsizləşdirilir, antiseptik məhlullarla dezinfeksiya olunur və ondan sonra satışa çıxarılır. Əgər maska antiseptik məhlulla dezinfeksiya olunursa, onda necə qurd ola bilər? Maskanın üzərində qurdun yaşaması üçün şərait olmalıdır. Meyvə deyil ki, üzərində qurd artsın, çoxalsın, qidalansın. Dezinfeksiyaedici maddələlərlə işlənən maskada qurd ola bilməz”.

V. Cavadzadə bildirib ki, kimsə maskanı istifadə edib zibilliyə atıbsa, o, bioloji ifrazatla çirklənmiş maskadırsa, onların üzərində hər şey ola bilər: “İnsan var ki, maskanı, bəlkə də, həftələrlə istifadə edir. Həmin maskanın özü artıq xəstəlik mənbəyidir. Çünki hər bir maskanın istifadə müddəti var. Burun, ağız seliyində həddindən artıq çox şərti patogen bakteriyalar var. Onlar artıb çoxalanda xəstəlik törədirlər. Uzun müddət maskanı dəyişməyəndə insanların öz maskalarından burun və udlaqda yerli iltihabın əmələ gəlməsinə səbəb ola bilər. Cərrahi maskaların dəyişdirilmə müddəti 4-6 saatdır. Lakin nə qədər tez dəyişsək, bir o qədər yaxşıdır. Bəzi insanlar var ki, maskası əvvəlcə göy rəngdə olub, o qədər istifadə olunub ki, rəngi qaralıb. Az qala maska özü deyir ki, məndən əl çək...”

İnfeksionist əlavə edib ki, hava-damcı infeksiyalarının qorunmasında maskalar vacibdir.

Xəbər 2685 dəfə oxunub.




16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir

16.06.2025  11:16 

Pənah Hüseyn niyə istefa verdi?

16.06.2025  11:13 

İsrail itkilərini açıqladı

15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +