Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


10.03.2017  13:57 

“İnternet məkanı tənzimlənməlidir”





A+  A-

“Azərbaycanın həm daxilində, həm də ölkədən kənarda bəzi şəxslər, qurumlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar”.
XəzərNews.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov sözügedən qanuna dəyişikliklərin qəbulu zamanı deyib.

O bildirib ki, dünyanın bir çox qabaqcıl ölkələrində internet hüquqi münasibətlər sistemində çıxış edir.
“Bu o deməkdir ki, internet məkanı virtuallıqdan reallıq müstəvisinə daxil olub. Nəticədə konkret məsuliyyət növləri müəyyənləşib. Azərbaycanda eyni proses gedir və getməlidir. Əlbəttə ki, müəyyən məsələlər var ki, onları mübahisələndirmək olar.

Çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. İndiki dövrdə unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir. Hər kəs əmin olsun ki, bu dəyişikliklər heç də söz və ifadə azadlığının məhdudlaşdırılması demək deyil. Biz bunu hər zaman bildirmişik ki, internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir.

Onlar cəmiyyətlə daha yaxındır. Fəaliyyətlərinin mənfi və ya müsbət tərəfləri cəmiyyətə daha çox təsir göstərir. Mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə jurnalistikaya ünvanlanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır.

Konkret olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavələrdə internet informasiya ehtiyatının yaradılması və uçotu, həmçinin internet informasiya ehtiyatında informasiyanın yayılması, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması, həmin informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət məsələləri çox vacibdir”.

Xəbər 3473 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +