Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


15.05.2025  10:24 

Kazım Qəribabadinin təyinatı Rusiyanı aldatmaq üçündür?





A+  A-

"İran XİN ölkədə son illərdə mobil, çevik hüquqşünasının növbəti dəfə vəzifəsini dəyişdi və Xəzər məsələləri üzrə xüsusi nümayəndə təyin etdi. K.Qəribabadi İranın aktual problemlərinə yön verən şəxsdir. Beynəlxalq aləmin məhkəmələrə iradı çox olarkən o məhkəmənin beynəlxalq məsələlər üzrə müavini, AEBA-nın İrana iradları artdıqda İran nüvə təşkilatının sədrinin müavini təyin edildi".

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, digər bir neçə belə vəzifədə K.Qəribabadinin imkanlarından istifadə etdilər:

"Sonda XİN müavini təyin olunan K.Qəribabadi İranın ABŞ-la danışıqlar üçün müəyyən etdiyi komandanın tərkibində idi. Birdən-birə onu Xəzər məsələləri üzrə xüsusi nümayəndə təyin etdilər. Nüvə danışıqlarında ehtimal ki, K.Qəribabadi ilə A.Əraqçının, ümumilikdə komandanın mövqeyi üst-üstə düşməyib".

Politoloq qeyd edib ki, İranın getdikcə Rusiyaya daha çox ehtiyacı yaranır:

"İranın Rusiyaya münasibəti ikilidir. Həm ABŞ-la danışıqlarda, hərbi əməliyyatlarda Rusiyaya xilaskar kimi baxır, həm də Rusiyaya qarşı düşmənçilikdən əl çəkmək istəmir. Çünki İran Qafqaza iddialıdır. İranın Ermənistana belə “şirin” münasibətinin əsas tərkib hissəsi anti-Azərbaycançılıq olsa da, bir hissəsi də Ermənistanı farssayağı-ermənisayağı işğal etmək və bununla Rusiyanın təsir zonası olan Qafqaza girməkdir. Belə vəziyyətdə, xüsusilə V.Putinin səfəri ərəfəsində Xəzərin hüquqi statusunun ratifikasiyasının aktuallaşması şəksizdir. İranın təşəbbüsü ilə V.Putin yaxınlarda İrana səfər etməlidir. Bu səfər İran üçün müdafiə xarakterlidir. Xəzərin hüquqi statusunun ratifikasiyasında iş göründüyünü İran ortaya qoymalıdır ki, əsas mərhələni, yəni V.Putinin İrana səfəri mərhələsini bu mövzuda yayındıra bilsin. Çünki 2019-cu ildə Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu ilə bağlı müqavilə imzalanıb. Beş Xəzəryanı dövlətdən 4-ü o müqaviləni ratifikasiya edib, yalnız İran ratifikasiya etməyib. Çünki İranın ərazi iddialarından birincisi Xəzərdən başlayır. İran köhnə tarixi aktuallaşdırırsa, Rusiya da köhnə tarixi aktuallaşdıra bilər".

Zəhra
XəzərNews.az


Xəbər 1237 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +