Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


25.10.2023  17:13 

Deputat: “Ermənistanın Rusiyaya sualları var”





A+  A-

Ermənistan KTMT-nin üzvü olub və qalır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasında jurnalistlərlə söhbətində “Mülki müqavilə” fraksiyasının deputatı Vaqarşak Akopyan bildirib.

Onun sözlərinə görə, gündəlikdə xarici siyasət vektorunun dəyişdirilməsindən söhbət gedə bilməz. “Biz Aİİ üzvüyük, Aİİ-dəki tərəfdaşlarımızla çox yaxşı əməkdaşlığımız var. İqtisadi baxımdan Ermənistan kifayət qədər müsbət dinamikadadır”, - deyə Akopyan bildirib.

Deputat qeyd edib ki, Ermənistanın Rusiyaya sualları var və bütün platformalarda bu suallar açıq şəkildə səsləndirilib:

“Biz Rusiya ilə hərbi sahədə əməkdaşlığı əslində qarşılaşdığımızdan fərqli təsəvvür edirdik. Amma Ermənistan bu gün nə kəskin dəyişikliklər edir, nə də vektoru dəyişir. Biz KTMT-nin üzvü olmuşuq və qalmışıq, biz Aİİ-nin bir hissəsi olmuşuq, Aİİ-nin bir hissəsi olaraq qalırıq”.

Akopyan bildirib ki, həm Rusiyada, həm də Ermənistanda tez-tez əməkdaşlığın əsaslarını unudub müxtəlif qiymətlər verən fiqurlar var:

“Amma mən sizə vacib məsələlərdən danışmağı məsləhət görürəm”.

Deputat qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərində həlli mümkün olmayan heç bir problem yoxdur.

Xəbər 2237 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +