Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


10.12.2021  05:28 

Qurban Qurbanov: “Məğlubiyyətə baxmayaraq...“





A+  A-

"Qarabağ"ın Baş məşqçisi Qurban Qurbanov "Bazel"lə oyundan sonra mətbuat konfransında oyunla bağlı bəzi fikirlərini bölüşüb.

XəzərNews.az xəbər verir ki, Qurban Qurbanov bildirib ki, məğlubiyyətə baxmayaraq, futbolçularımı təbrik edirəm:

"Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Bu gün qalib gəlməyi çox istəyirdik. Futbolçulara tapşırıq verilmişdi ki, heç bir halda geri çəkilməməliyik. Sonadək meydanda bunu gördüm. Xeyli sayda qol epizodları yaxaladıq. Heç olmasa, bunların bəzilərindən istifadə etmək lazımdır. Amma həyəcan, heç nədən buraxılan qol bizə mane oldu. Mənim əsas istəyim futbolçularımın matça köklənməsi idi. Bu gün onun da şahidi oldum. Oyunçularımın hər birini qucaqlayır, onlara gələcək görüşlərdə uğurlar arzu edirəm".

Xatırladaq ki, Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ" “Bazel”ə 0:3 hesabı ilə uduzaraq H qrupu ikinci pillədə qərarlaşıb.


Xəbər 3388 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +