İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


26.05.2025  16:03 

Mən sülh sazişini təsdiq etməyə gəlmişəm - Barrot





A+  A-

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında rəsmi Parisin köməyini təsdiqləyib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə mayın 26-da İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

"Mən Fransanın Ermənistana dəstəyini və ən çətin danışıqlar nəticəsində yaranan sülh sazişini təsdiq etməyə gəlmişəm. Baş nazir Paşinyanın cəsarətini alqışlayıram. Həmkarım Rubionun dediyi kimi, sülh sazişini imzalamaq və ratifikasiya etmək vaxtıdır. Fransa, ABŞ və Avropanın istədiyi budur", - Barrot deyib.

Fransalı nazir suverenliyə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb. Eyni zamanda, o qeyd edib ki, hərbi sahədə əməkdaşlığın inkişafı və silah tədarükü həm də Ermənistana öz müstəqilliyini və suverenliyini təmin etməyə kömək etmək məqsədi daşıyır.

Xəbər 469 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +