İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


16.05.2025  11:11 

Ermənistandan İrana daha iki zərbə





A+  A-

"ABŞ Ermənistanı “İbrahim müqaviləsi”nə qoşmaq niyyətini açıqladı. Ermənistan XİN-nin yaydığı bəyanatdan ABŞ-dan bu xahişi Yerevanın etdiyi bəlli olur".

Bu sözləri XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, ABŞ Ermənistanın Yaxın Şərq siyasətində İrana müəyyən qədər bağlılıq var idi:

"Bu iki mövzuda özünü göstərirdi.1. Livanda 6 erməni deputatdan üçü daimi Hizbullahı müdafiə edib, biri neytral qalıb, digər ikisi isə xristian koalisiyalarını müdafiə etmişdir. Livanda koalisiyaların qurulmasında bir deputat fərq belə böyük rəqəmdir. İkincisi, Yerusəlimdə erməni kvartalı Fələstinlə İsrailin torpaq bölgüsündə şiddətli mübarizənin getdiyi ərazidə yerləşib. Qüdsün böyük hissəsinin taleyini məhz erməni kvartalının Fələstində və ya İsraildə olması müəyyənləşdirəcəkdir. Fələstin dövləti yaradılmayıb, kağız üstündədir. Vəziyyət reallaşanda artıq yenidən böyük mübarizə qızışa bilər".

Politoloq qeyd edib ki, ermənilər əgər “İbrahim müqaviləsi”nə qoşulursa, demək hər iki məsələdə - Livanda Hizbullaha dəstək, həm də Yerusəlimin mərkəzinin bölgüsündə İsrailin mövqeyini dəstəkləyəcəklər:

"Bu isə İranın maraqlarına çox ciddi zərbədir. İran bunu ermənilərə bağışlayacaq. Çünki İranın mövcudluğunun birinci məsələsi anti-Azərbaycançılıqdır. Pezeşkianın səfəri də vəziyyəti dəyişmədi. Xamneinin də daxil olduğu etnosu söyən, hərəkətinə qadağa qoyan səfir yenidən Ermənistandadır".



Xəbər 1201 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +