Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


06.10.2018  16:09 

Azərbaycanın antiterror siyahısına daha bir təşkilatın adı əlavə edildi





A+  A-

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərən Maliyyə Monitorinq Xidməti sanksiya tətbiq edəcəyi şəxslərin siyahısına yeni adlar və təşkilatlar əlavə edib.
XəzərNews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, palatanın Maliyyə Monitorinq Xidməti “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısı”nı BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 23 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yeniləyib.

“Qara siyahı”ya “Jama`a Nusrat ul-Islam wa al-Muslimin” (JNIM) təşkilatının adı salınıb. Bu təşkilatın “Əl-Qaidə” və digər terror təşkilatları ilə əlaqəsi olduğu bildirilir. JNIM-in öz fəaliyyətini Mali və Burkina-Fasoda həyata keçirdiyi bildirilir.

Qeyd edilir ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Siyahını hazırlayan Maliyyə Monitorinqi Xidməti ölkə prezidentinin 2009-cu il 23 fevral tarixli, 66 nömrəli fərmanı ilə yaradılıb.

Xəbər 3010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +