Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı


28.09.2018  15:43 

Qazaxdakı ölümə görə daha bir nəfər saxlanıldı - Bu dəfə polis





A+  A-

Azərbaycan Respublikası Baş Prokurorluğu Qazaxda baş verən ölüm işi ilə bağlı növbəti dəfə məlumat yayıb.
Qurumdan XəzərNews.az-a daxil olan məlumatda bildirilib ki, Elmir Axundovun Qazax rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 3317 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +