Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı


01.12.2017  12:15 

Yaralı polis rəisi təcili Bakıya gətirildi





A+  A-

Ağdaş rayonunun Xosrov kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan Ucar Rayon Polis Şöbəsinin rəisi təcili Bakıya gətirilib.
XəzərNews.az xəbər verir ki, Ağdaş rayon Təcili Tibbi Yardım şöbəsindən Axar.az-a verilən məlumata görə, qəza nəticəsində qolları sınan və döş qəfəsi əzilən Ucar Rayon Polis Şöbəsinin rəisi Etibar Abdıyev dünən yerləşdirildiyi xəstəxanadan təcili Bakıya göndərilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilən polis rəisi qəzadan sonra Ağdaş rayon Təcili Tibbi Yardım şöbəsinə gətirilsə də, sonradan reanimasiya şöbəsinə keçirilib.

Qeyd edək ki, dünən saat 11:00 radələrində 90 AP 222 dövlət nömrə nişanlı, "Nissan” və 12 BE 706 dövlət nömrə nişanlı, VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində qəza baş verib. Nəticədə Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.

Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər 3377 dəfə oxunub.




21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +