Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


30.06.2021  11:09 

Tarixə “əsrin oğurluğu” kimi düşən cinayətin üstü açılıb





A+  A-

Pikassonun Yunanıstanda oğurlanan “Bir qadının başı” tablosu 9 ildən sonra nəhayət ki tapılıb.
XəzərNews.az bildirir ki, bu barədə polit.ru xəbər yayıb.

Bildirilir ki, Kerateya şəhərindəki anbardan bu əsərdən əlavə Pit Mondrianın “Yel dəyirmanı” tablosu da aşkarlanıb.

Məlumata görə, 49 yaşlı Yunanıstan vətəndaşı oğurluqda şübhəli bilinərək həbs olunub. Əsərlərin yerini də elə o, göstərib. Saxlanılan şəxs əsərləri “qara bazar”da satmaq üçün xaricə aparmaq istəyən cinayətkar qrupun üzvü olub.

Qeyd edək ki, “Bir qadının başı” əsəri 1939-cu ildə çəkilib, onun 20 milyon avro (40 551 200 manat) dəyərində olduğu düşünülür.

Kətanın arxa hissəsində müəllifin Yunanıstan xalqına nasizmlə mübarizəsi ilə əlaqədar verdiyi töfhəyə görə əl yazısı ilə yazılmış ithafı var. Rəssam 1949-cu ildə əsəri Afinadakı Milli Qalereyaya bağışlayıb.

“Yel dəyirmanı” 1908-ci ildə Pit Mondrian tərəfindən çəkilib. Əsər 1963-cü ildə Yunan kolleksioneri Aleksandros Pappas tərəfindən alınıb və Milli Qalereyaya bağışlanıb.

Hər iki əsər 2012-ci ildə Afina Milli Qalereyasından oğurlanıb. Bu cinayətə “əsrin oğurluğu” adı verilib.

Xəbər 3544 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +