Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


19.02.2019  17:02 

Minimum pensiya artımı təsdiqləndi - 160 manat





A+  A-

Milli Məclisin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, iclasda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsinə təklif olunan dəyişiklik barədə məlumat verib.

H.Rəcəli vurğulayıb ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olub.

“Bu qanun layihəsi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Hesab edirəm ki, bu qanuna dəyişiklik vətəndaşların sosial rifahına yüksək təsir göstərəcək”.

Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Müzakirələrdən sonra Milli Məclis əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılmasına səsə verib.

Beləliklə, bu dəyişiklik nəticəsində Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılıb ki, bu da 233 min nəfərin pensiyasında artıma səbəb olacaq.

9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq.

Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.

Xəbər 3218 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +