“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


15.06.2018  10:45 

Həbsdə olanlar notarius xidmətindən necə istifadə edəcəklər?





A+  A-

Azərbaycanda tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək hüququ hansı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçiriləcəyi müəyyənləşib.
XəzərNews.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Beləliklə, tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək barədə həbs yerinin müdiriyyəti vasitəsilə göndərdiyi müraciətləri və cinayət prosesini həyata keçirən orqanın razılığı notariat kontoruna daxil olduqdan sonra notarius həbs yerinin müdiriyyəti ilə razılaşdırılmaqla, notariat hərəkətinin aparılması gününü və vaxtını müəyyən edəcək. Notariat hərəkətinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən həbs yerində saxlanılan şəxsin şəxsiyyətini təsdiq edən sənəd notariusa təqdim edildikdən sonra onunla həbs yerinin müdiriyyətinin notariat hərəkətinin aparılması üçün müəyyən etdiyi yerdə notariat hərəkəti aparılacaq. Həbs yerlərində saxlanılan şəxsin müraciəti və cinayət prosesini həyata keçirən orqanın razılığı notariat işində saxlanılacaq. Həbs yerlərində saxlanılan şəxslər barəsində notariat hərəkətləri həbs yerlərinin olduğu inzibati ərazi üzrə notariat kontorunun notariusu tərəfindən aparılacaq.

Xəbər 3086 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +