DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı


23.04.2019  11:46 

Quduz it dişləsə nə etməli? - MƏSLƏHƏT





A+  A-

Son günlərdə küçədə yaşayan itlərin insanlara hücum etməsi kimi hallarla tez-tez qarşılaşırıq. İtlərin hücumuna məruz qalan zaman ilk ağıla gələn isə quduzluq təhlükəsidir. Bəs hücuma məruz qaldıqdan sonra hansı tədbirlər görülməlidir?
XəzərNews.az Modern.az-a istinadən xəstəliyin əlamətləri və ilkin olaraq virusa qarşı görüləcək tədbirləri təqdim edirik.

İlk tibbi yardım

İtlər tüpürcək vasitəsi ilə, quduzluq virusunu dişləri ilə dəridə açdığı yaraya ötürür. Quduzluq it hücum etdikdən sonra qısa zaman ərzində özünü göstərir. Hücuma məruz qalmış şəxsə quduzluğa qarşı serum və peyvənd vurulmalıdır. Yaranın üzəri təmiz dəsmal vasitəsi ilə örtülməlidir. İtin ağızında başqa mikrobların olma ehtimalını nəzərə alaraq yaralı şəxs xəstəxanaya yerləşdirilməli və təcili tədbirlər görülməlidir.

İtlərin quduz olduğunu necə öyrənmək olar ?

Quduzluq xəstəliyinə yoluxmuş itlər ağzını yummaqda çətinlik çəkir. 43 saat ərzində xəstəlik heyvanda özünü biruzə verir. Quyruğunu ayaqlarının arasına salır, ağzından tüpürcək axır. Eyni zamanda quduzluğa məruz qalmış itlər sudan qorxur və tez-tez ətrafa boylanaraq hücum etmək istəyir. İt əvvəlcədən quduzluğa qarşı peyvənd edilməlidir. Xəstəlik daşıyıcısı olan it lazım gələrsə, xəstəxanada tetanusa qarşı peyvəndolunmalıdır. Əvvəl peyvənd edilmədikdə, tetanoz serum tətbiq edilməlidir. Quduz itlə qarşılaşdığımız zaman dərhal polisə xəbər verməliyik. İt baytarlar tərəfindən 10 gün nəzarət altında saxlanılmalıdır. Əgər it müalicə vaxtı ölərsə, heyvanın başı antiseptik məhlulla dəsmal vasitəsilə bağlanmalı və tədqiqat üçün laboratoriyaya göndərilməlidir.

Xəbər 3164 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +