Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


05.08.2025  14:26 

“Grand Motors”dan 200 minlik oğurluq





A+  A-

“Grand Motors Company” QSC-dən külli miqdarda oğurluq edilib. Azərbaycanda ağır texnikaların, kənd təsərrüfatı texnikalarının satışını həyata keçirən şirkətdən 200 min manatdan artıq dəyəri olan texnika və avadanlıqlar oğurlanıb.

XəzərNews.az xəbər verir ki, oğurluq hadisəsi ilə bağlı şirkətdə gözətçi işləyən Fikrət və Nüsrət adlı şəxslər həbs ediliblər.

Onlar ifadələrində bildiriblər ki, növbə rəisləri olmuş Alim Abbasovun göstərişi ilə avadanlıqları və texnikanı şirkətin ərazisindən çıxarıblar. Onların sözlərinə görə, bunun oğurluq olmasından xəbərləri olmayıb.

Hər iki şəxs malların maşınlara yüklənməsi zamanı 15-35 manat zəhmət haqqı alıblar. Bildiriblər ki, növbə rəisləri Alim onlara deyib ki, bu işdən xidmət rəisləri Ruhlan Abutalıbovun da xəbəri var. Həmin mallar və texnikalar yararsız, metal kimi ərazidən çıxarılıb.

Zərərçəkmiş tərəfin ifadəsindən məlum olub ki, şirkətdən ümumilikdə oğurlanan malların dəyəri 211.478 min manat olub. Həmin malların 104.308 manatı hüquq-mühafizə orqanları vasitəsi ilə tapılıb və yerinə qaytarılıb.

Məhkəmənin hökmü ilə hər iki şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq orqanı belə qənaətə gəlib ki, oğurluq hadisəsində Fikrət və Nüsrətdən başqa şəxslər də iştirak edib. Onlar barəsində ayrıca cinayət işi açıldığı bildirilir.

Xəbər 208 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +