Daha bir diaspor rəhbəri Rusiyadan çıxarılır
Yasamalda silahlı insident baş verib
“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi


10.02.2021  18:01 

Ermənistan rəsmilərinin Qarabağ səfəri: Azərbaycan buna necə “stop” qoya bilər?





A+  A-

Ermənistanın baş prokuroru Artur Davtyan Xankəndiyə qanunsuz səfər edərək, Qarabağ terrorçularının lideri Araik Arutyunyanla görüşdü. Rəsmi Bakının xəbərdarlıqlarına baxmayaraq, Ermənistan rəsmilərinin regiona səfəri əvvəlki intensivliklə davam edir. Bəs diplomatik dildən anlamayan rəsmi Yerevanı təxribatçı addımlardan necə çəkindirmək olar?
XəzərNews.az bildirir ki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı Modern.az-la öz fikirlərini bölüşüb. Onun fikrincə, yalnız Qarabağda yaşayan ermənilərin gediş-gəlişinə icazə verilməlidir.

"Noyabrın 10-u imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiya, Ermənistan vətəndaşlarının Xankəndidən keçmə haqqı var, amma bu, düzgün deyil. Oradan yalnız əllərində sənəd olan Dağlıq Qarabağ sakinlər keçməlidir. Bu cür məsələlər Rusiya ilə xüsusi olaraq danışılmalıdır. Ermənistan vətəndaşlarının Xankəndiyə, həmçinin digər azad edilmiş ərazilərə girişi qadağan olunmalıdır".

İlham İsmayıl vurğulayıb ki, Laçın dəhlizində rusiyalı sülhməramlılarla birgə azərbaycanlı sərhədçilər də dayanmalıdır:

“Ermənistan vətəndaşlarının ərazilərə girişi beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Məsələn, viza alaraq ərazilərə daxil ola bilərlər. Rəsmilərin gəlişi isə nəinki sərhədçilərlə, xüsusi olaraq dövlətlə razılaşdırılaraq həyata keçirilməlidir. Bu cür hallarla qarşılaşmamaq üçün Rusiya və Ermənistana sərt xəbərdarlıq edilməlidir. Bu gün artıq üçtərəfli bəyanatın 3 ayı tamam oldu. Biz öz mövqeyimizi sərt şəkildə ortaya qoymasaq, ərazilərə baş prokuror da, hətta Milandan terrorçular da gələr".

Xəbər 4095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı


BÜTÜN XƏBƏRLƏR +