Putin Suriyaya gedir?
Rusiya Ukrayna itkilərini açıqladı
Dayısının 1 milyon manata yaxın pulunu ələ keçirdi
Prezident Qazaxıstana səfər edəcək
Mehdiyevin oğlunun şirkəti borca düşdü
Prezident yeni səfiri qəbul etdi
Mehdiyevə çağırış olmayıb... - TƏBİB-dən açıqlama
Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?
Yusif Şirinli tutduğu vəzifədən azad olunub
Dron hücumları: Rusiyanın üç bölgəsi işıqsız qalıb


06.10.2017  12:08 

Arif Əsgərovun oğlu dindirildi - “Xalamdan 700 min dollar aldım...”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Zeynal Ağayevin icraatında olan prosesdə “Azərbaycan Dəmir Yolları” ASC-nın sabiq sədri Arif Əsgərovun oğlu Elnar Əsgərov şahid kimi ifadə verib.

O, bu işdə atasının adının hallanmasına etiraz edib: “Atam uzun müddət rəhbər olsa da, mənim həmin qurumla əlaqəm olmayıb. Bu işdə mənə dair deyilənlərlə razı deyiləm. Eminlə (zərərçəkmiş) hər hansı biznes əlaqəm olmayıb. Sadəcə bizimlə birgə futbol oynayıb, orada tanımışam. Emilin kimlərdənsə pul almasından xəbərim yoxdu, nə edibsə özü edib. Bütün işlərdə də özü günahkardır. Mən sonradan bilmişəm ki, Emil ilə Emin arasında biznes əlaqəsi olub. Aralarında torpaq məsələsi var idi, torpaq sahəsini girov qoymuşdular. Xalam məndən xahiş etdi ki, həmin torpağın sənədini Emindən alım. Mən də bu barədə onunla söhbət etdim. Onların arasında pul problemi yaranandan sonra Emilin anası, yəni xalam Lətifədən 700 min dollar alıb Eminə qaytardım.

Mətbuatda yazırlar ki, mən istintaqdan yayınmışam, ölkədən qaçmışam. Bunlar doğru deyil, düz olanı yazın. Yazdıqlarınızı bizim qohumlarımız oxuyur”.

Təqsirləndirilən Emil Hüseynov isə xalası oğlu Elnarın (Arif Əsgərovun oğlu) yalan danışdığını deyib: “Mən bu adamlardan aldığım pulları Elnara vermişəm”.

Zərərçəkən Emin Məmmədov da E.Əsgərovun dediklərini təkzib edib: “Bütün işlərdən Elnarın xəbəri olub, bu barədə aramızda telefon danışıqları da var. Mesajlarda da yazmışam ki, Elnar mənə filan qədər borcun qaldı. Borcu yox idisə, mənə cavab yazardı ki, nə borc, nə danışırsan”.

Hakim bildirib ki, E.Əsgərov istintaqa ifadəsində biznes əlaqələrini təsdiqləyib.

E.Əsgərov isə Emil Hüseynovun camaatdan aldığı pulları özünün qaytardığını deyib: “Emil şükür etsin ki, ondan şikayətçi olub pulumu tələb etmədim”.

İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur.

(qafqazinfo.az)

Xəbər 2865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək


BÜTÜN XƏBƏRLƏR +