Ermənistanda atışma, iş adamının oğlu saxlanıldı -FOTO
Məşhur general işindən azad edildi
Rusiyada Ramiz Mehdiyevin həbsinə inanılmaz reaksiya -FOTO
Ramiz Mehdiyevdən sonra növbə onlarındı -Sabiq nazir
Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı
Aparıcı Zauru məhkəməyə verdilər
Atəşkəs və Netanyahunun “cəhənnəm” vədi
Rusiya bombardmançısı öz ərazisinə bomba atıb
Baş direktor vəzifəsindən azad edilib
Tehranda erməni xristian icmasının şərəfinə yeni metro... - Foto


12.10.2025  20:10 

Tramp Əliyevi “Sülh sammiti”nə niyə dəvət etdi?





A+  A-

Misirin Şarm Əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək Sülh Sammitində ABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Bu dəvət ABŞ-ın Azərbaycana olan siyasi etimadının və dəstəyinin göstəricisidir.

Azərbaycan Yaxın Şərqdə sülhün əldə edilməsində mühüm rol oynayan müsəlman ölkələrindən biridir. 1992-ci ildən Fələstin dövlətini tanıyan və onunla diplomatik münasibətlər quran Azərbaycan, bu illər ərzində Fələstin dövlətinə milyonlarla dollar dəyərində humanitar yardım göstərib. Buna görə də Azərbaycanın Qəzza ilə bağlı keçirilən sülh sammitində iştirakı həm siyasi, həm də mənəvi baxımdan tam əsaslıdır.

ABŞ Azərbaycanı Yaxın Şərq siyasətində daha fəal görməkdə maraqlıdır. Vaşinqton, İsrail və ərəb ölkələri arasında barışığı özündə əks etdirən “İbrahim razılaşmalarına” Azərbaycanın da qoşulmasını istəyir. Bununla bağlı son aylarda Bakı və Vaşinqton arasında bir sıra danışıqlar aparılıb.

Azərbaycan bu gün Cənubi Qafqazda həlledici ölkə olaraq, beynəlxalq münasibətlərdə yeni siyasi nizamın formalaşmasına mühüm töhfə verir. Ölkənin yerləşdiyi region Qərblə Şərqi birləşdirən əsas nəqliyyat arteriyasının mərkəzində dayanır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni siyasi-iqtisadi düzəni formalaşdırır. Bu proses ABŞ-ın geosiyasi maraqları ilə də üst-üstə düşür. Zəngəzur dəhlizinin yaradılması və beynəlxalq logistik mərkəzə çevrilməsi Vaşinqton üçün də strateji əhəmiyyət daşıyır.

Bu kontekstdə, yaxın perspektivdə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması gözlənilir.

Yaxın Şərqdə isə Azərbaycanın müsəlman ərəb ölkələri ilə əlaqələrinin yeni mərhələyə keçidi mümkün görünür. Şarm Əl-Şeyxdə keçirilən bu sammit, iki ildir davam edən Qəzza böhranına son qoymaqla yanaşı, növbəti mərhələdə Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasının da əsasını qoya bilər.

Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyasının sədr müavini,
siyasi ekspert


Xəbər 3390 dəfə oxunub.




15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi

15.10.2025  10:20 

Xalq artisti vəfat etdi

15.10.2025  10:00 

Rəisini SEPAH niyə öldürdü?

15.10.2025  01:55 

Sərhədlərlər bağlı YENİLİK

15.10.2025  01:50 

Ronaldo rekordu yenilədi

15.10.2025  01:30 

Avtobusda yanğın, ölənlər var

15.10.2025  00:35 

Tramp Makronu ələ saldı

15.10.2025  00:32 

Bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +