Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO
Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Tanınmış ssenarist vəfat etdi -FOTO
Ceyhun Bayramov Marta Kos ilə görüşüb
Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı


25.01.2019  12:48 

18 yaşa çatmayanlara bu qadağalar qoyulacaq – SİYAHI





A+  A-

Azərbaycanda “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində hansı xidmətlərin göstərilməsi müəyyənləşir.
XəzərNews.az xəbər verir ki, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 5-ci (Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı) maddəsinə əlavə edilən 6-cı bəndə əsasən, “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupundan olan gəncələrə aşağıdakı xidmətlər göstərilir:

1.Risk qrupundan olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi,

2. Risk qrupundan olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi,

3. Risk qrupundan olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi,

4.Cəzaçəkmə müəssisələrindən azad edilən sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə köməklik göstərilməsi,

5.Risk qrupundan olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi,

6. Risk qrupundan olan gənclərin sosial müdafiəsini və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi,

7. 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə bunlar qadağan edilir:

Onlara tütün məmulatlarının, spirtli və enerji içkilərinin satışı, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakı, gecə klublarında və barlarda olması.

Müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin, onların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunmasını təmin etmək məqsədilə “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edirlər.

Xəbər 2958 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +