“Qarabağ” tarix yazdı
“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb


09.03.2018  13:36 

Azərbaycan sərhədini pozan İran vətəndaşları tutuldu





A+  A-

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
DSX-dan XəzərNews.az-a verilən məlumata görə, 2018-ci ilin mart ayının 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində DSX Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub.

Üzmə vasitələrinin hərəkətləri nəzarətdə saxlanılmaqla həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.

Açıq dənizə doğru 25 düyün sürətlə hərəkət edən üzmə vasitəsi sərhəd gözətçi gəmiləri və iti sürətli katerlər vasitəsilə təqib edilib, səs və sayrışan işıqlarla “Dayan” siqnalları verilib, hədəfə 250 metr məsafədə havaya xəbərdarlıq atəşi açılıb, gəmilərin manevrlərilə üzmə vasitəsinin sürətinin azaldılmasına nail olunub.

2 saat 5 dəqiqə müddətində təqibdən sonra üzmə vasitəsi saxlanılıb və baxış keçirilib.

Baxış zamanı dövlət sərhədini pozmuş “Yamaha 150” mühərrikli layner tipli üzmə vasitəsindəki şəxslərin İran İslam Respubikasının vətəndaşları - 1985-ci il təvəllüdlü Mehran Yusif Nicat Tağı oğlu və 1984-cü il təvəllüdlü Camzəmi İsmayıl Şahvildi oğlu olmaları müəyyən edilib, üzmə vasitəsində və sərhəd pozucularının üzərində 2 ədəd smartfon tipli telefon, 1 ədəd “GARMİN” tipli GPS qurğusu, 1 ədəd fənər, 1 ədəd bıçaq və 9 həb “Tramadol” dərman preparatı aşkar olunub.

Dövlət sərhədini pozmuş üzmə vasitələrinin saxlanılması üzrə keçirilmiş əməliyyat çərçivəsində sahilboyu ərazilərdəki qapadılma tədbirləri nəticəsində “Vel” sahil nəzarəti məntəqəsinin xidməti sahəsində 7-ci yanalma körpüsünün yaxınlığında 3 bağlamada 74 ədəd 1 litrlik “Qubernator” arağı aşkar olunub.

İlkin araşdırma zamanı 2018-ci ilin 15 fevral tarixində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxlanılmış 39 ədəd bağlamada 450 ədəd 1 litrlik şüşə qablarda arağın və 20 şüşə “Baltika-9” pivəsinin də məhz bu cinayətkar qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə ərazisindən çıxarılmasına cəhd edilməsi müəyyən olunub.

Cinayətkar qrupun digər üzvlərinin tutulması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər 2969 dəfə oxunub.



17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +