Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?


18.06.2025  15:08 

İran kütləvi dron hücumuna başlayıb





A+  A-

İran–İsrail qarşıdurması daha da gərginləşir.

Qərb mediası xəbər verir ki, ABŞ-ın İsraildəki səfirliyi fövqəladə qərar qəbul edərək bütün amerikalı dövlət qulluqçuları və onların ailə üzvlərinə yaxınlıqdakı sığınacaqlara keçməyi və yeni göstərişlərədək orada qalmağı əmr edib. Bu addım bölgədə genişmiqyaslı müharibənin başlanacağı ehtimalının artdığı bir vaxtda atılıb.

ABŞ səfirliyinin xəbərdarlığından dərhal sonra İsrail vətəndaşları kütləvi şəkildə marketlərə axışaraq ərzaq və digər zəruri məhsulları toplamağa başlayıblar. Yerli medianın məlumatına görə, bir çox mağazada çörək, su, konservlər və tibbi ləvazimatlar tükənmək üzrədir. Əhali mümkün hücuma qarşı hazır vəziyyətə gətirilib.

İran tərəfindən buraxılan hücum dronlarının bir qismi artıq İordaniya ərazisinə daxil olub. İordaniyanın hava hücumundan müdafiə sistemləri bəzi dronları zərərsizləşdirə bilsə də, paytaxt Ammanda hava həyəcanı siqnalı verilib. Bu, İranın mümkün zərbələrinin yalnız İsraillə məhdudlaşmayacağını, region ölkələrinin də təhlükə altında olduğunu göstərir.

Müşahidəçilər hesab edirlər ki, bu dəfə İranın cavabı daha sərt və genişmiqyaslı ola bilər. Dronların İordaniyaya çatması Tehranın bölgə üzərindəki strateji planlarını və “müqavimət oxu”nun aktivləşdirildiyini nümayiş etdirir. ABŞ səfirliyinin erkən xəbərdarlığı isə Vaşinqtonun mümkün hücumların miqyasının artacağını gözlədiyini göstərir.

Bu vəziyyət təkcə İran və İsrail arasında deyil, həm də regional güclər və Qərb dövlətləri arasında dolayısı toqquşmaya çevrilə bilər./“AzPolitika”

Xəbər 619 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +