Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?
Aleksandr Kubrakov üzərində axtarış aparılır
Prezident gürcü naziri qəbul etdi
“Respublika“ “Xalq“ qəzetinə birləşdi - FƏRMAN


11.03.2024  15:37 

“Qarabağ”ın baş məşqçisi dünya reytinqində irəliləyib





A+  A-

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib.

Xəzərnews.az xəbər verir ki, 52 yaşlı mütəxəssis dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında 138-cidir.

O, ötən cədvəllə müqayisədə 1 addımlıq irəliləyişə nail olub. Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Qurbanovun 1670 xalı var.

“Qarabağ”ın çalışdırıcısı hesabat dövründə Razvan Luçeskunu keçib. O, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı cədvəldə yeganə azərbaycanlıdır.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. “Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer”i çalışdıran Xabi Alonso 164-cü pillədə qərarlaşıb – 1644 xal.

Qeyd edək ki, cədvələ 2223 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir./Modern.az

Xəbər 5194 dəfə oxunub.



11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +