Vitse-prezident Makronu sərt tənqid edib
Bu ölkə Rusiyaya yardım edən 11 nəfəri saxladı
İranda zəlzələ gözlənilir?
Gürcüstanda azərbaycanlı qadına leytenant rütbəsi verildi - FOTO
İranda terror qruplaşması:7 nəfər öldü
Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi şərtləri - Kiyev nələrdən çəkinməlidir?
Ukrayna torpaqlarını hədiyyə etmiyəcəyik -Zelenski
Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq


04.07.2017  17:22 

Bakıda cinsi azlıqlar kafeyə hücum etdi - “Şamplena” özünü doğradı





A+  A-

Seksual azlıqların nümayəndələrindən ibarət qrup Bakıdakı çay evinə hücum edərək oranı talana məruz qoyub.
XəzərNews.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

İnsident iyulun 3-dən 4-nə keçən gecə, saat 00:10 radələrində Nizami rayonunda, 24-cü polis bölməsinin ərazisində baş verib. Çobanzadə küçəsində yerləşən çayxananın sahibi Məmmədov Rafiq Ramazan oğlu polisə şikayət ərizəsi ilə müraciət edib.

Məmmədovun sözlərinə görə, ona məxsus obyektə 3 cinsi azlığın nümayəndəsindən ibarət qrup gələrək, 500 manat pul tələb ediblər. Bu pulu Məmmədov azlıqların nümayəndələrindən birinə borclu imiş. Məmmədov onlara bildirib ki, onun üstündə bu qədər pul yoxdur və tezliklə pulu qaytara bilməyəcək.

Bu zaman gənclərdən ibarət qrup çayxananı dağıtmağa və talan etməyə başlayıb. Onlar mebelləri, stəkanları qırıblar, şüşə qırıqlarını Məmmədovun üstünə atıblar və o, qolundan zədə alıb.

Bununla yanaşı, "Şamplena” (bu ifadəni xalq artisti Aygün Kazımova gündəlik həyatımıza daxil edib və böyük ehtimalla, onun əsl mənasını heç özü də bilmir. Bizə məlum olan yalnız budur ki, Samuel Şamplen fransız səyahətçi və hidroqraf olub və 1601-ci ildə "kral coğrafiyaşünası” titulunu qazanıb — red.) ləqəbini daşıyan həmin dələduzlardan biri stəkanın qırığı ilə öz venasını kəsib və nəticədə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Hələlik baş vermiş hadisə dələduzluq kimi rəsmiləşdirilib. Faktla bağlı heç kəs saxlanılmayıb. İnsident iştirakçılarının şəxsiyyəti müəyyənləşdirilir. İşin materialları Nizami RPİ-nin təhqiqat şöbəsindədir.

Xəbər 3209 dəfə oxunub.



24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?

24.08.2025  00:22 

Aktyorun iki qızı tələbə oldu

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi


BÜTÜN XƏBƏRLƏR +