Ramazan Kadırov yeriyə bilmir
Sabahın hava proqnozu açıqlandı
10 aylıq körpəyə soda verdilər, öldü
Turizm Agentliyi niyə özünü gülüş obyektinə çevirir?
Sudanda torpaq sürüşməsi: 1000-dən çox adam ölüb
Belçika da Fələstin dövlətini tanıyacaq
Olavio Juninyo “Qarabağ“a qayıdır
Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi


12.06.2025  13:06 

İranın Cənubiqafqaz koridoru davası ona baha başa gəlir - ŞƏRH





A+  A-

“İranın Ermənistandakı səfiri M.Sübhani parlamentinin spikeri Alen Simonyanla görüşdü. A.Simonyan təxminən 10 gün əvvəl Gürcüstanın Telavi şəhərində həmkarı Ş.Papuaşvili ilə Cənubiqafqaz koridoru mövzusunu müzakirə etmişdi. Bu iki ölkəyə aid olan bu mövzunun müzakirəsi təbii ki, Azərbaycan üçün separatçılıq kimi qəbul edilməlidir. Yolun mahiyyəti aydındır. İrandan Ermənistanın ərazisinə girir, oradan Gürcüstana və sonra həm Rusiya, həm də Qərb istiqamətində hərəkət edə bilər. Bu yolda İranın türkəfob və anti-Azərbaycan xəstəliyinə Gürcüstanın qoşulması qeyri-mümkündür”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, yaxın on illiklərdə belə vəziyyət görünə bilməz:

“Gürcüstanda normal analitik qabiliyyətli adamlar vəzifə başındadırlar. Onlar İranın Azərbaycan vasitəsilə deyil, Ermənistan vasitəsilə Gürcüstanla kommunikasiya qurmasının səbəbini araşdırmalıdırlar. Azərbaycan vasitəsilə İranla Gürcüstan arasında dəmir, avtomobil yolu, neft, qaz kəməri, fibro optik kabel, rabitə və elektrik xətti mövcuddur. Bu Azərbaycanın İranla sərhədindən Gürcüstanın Avropa, Rusiya sərhədinə qədər belədir. Azərbaycanın yolları həm də Gürcüstanın daxilində şəbəkələşib. Ermənistanın vəziyyət belə deyil. Ermənistan-İran sərhədində yaxşı halda 2036-cı ildə Şimal-Cənub avtomobil yolu tikilə bilər. Bu yol Ermənistanın İran sərhədini Ermənistanın Gürcüstan sərhədi ilə birləşdirən yoldur. Dəmir yolundan söhbət gedə bilməz. Qaz və neft kəməri də yoxdur. A.Simonyan bu mövzunu açan kimi Gürcüstan Ermənistan məhsullarının tranzitinə maneələri kəskinləşdirdi, kəsilmiş, yəni ixrac üçün hazırlanmış gülün tranzitinə icazə vermədi”.

Politoloq qeyd edib ki, söhbət Azərbaycanın Gürcüstana təsirindən getmir:

“İranın həm də Gürcüstanın əleyhinə olan davranışından gedir. 44 günlük müharibə bitər-bitməz Gürcüstandakı azərbaycanlıları Ermənistanın yük avtomobillərini daşa tutdu. O vaxt Gürcüstan hökuməti dəqiq bilirdi ki, bunu İran edib. Məqsədi Ermənistan - Azərbaycan müharibəsini Gürcüstanı qatmqla yenidən qızışdırmaq idi. Yaxında İran Marneulidən azərbaycanlıları toplayaraq Tbilisiyə qədər yürüş etdilər. Məqsəd anti-hökumət aksiyaya qoşulmaq idi. Ondan bir az əvvəl Marneulidəki azərbaycanlılar parlament seçkilərində hakimiyyətə səs vermişdi”.

M.Əhmədoğlunun fikrincə, Ermənistanın Gürcüstanla münasibətlərində geosiyasi parametr çox vacib rol oynayır və bundan da sonra rol oynayacaq:

“Ermənistan Rusiyanın təsirindən çıxa bilməz. Ona görə Qərb Ermənistanla müəyyən manipulyasiyalar etməlidir. Qərb Gürcüstanın bu manipulyasiyalar üçün istifadə edib və bundan da sonra istifadə edəcək. Gürcüstanın bu gün Qərblə münasibətində baş verənlər müvəqqəti haldır. Qərb Gürcüstanı əldən verə bilməz, Rusiya da Gürcüstanın istədiyini reallaşdıra bilməz.

Ermənistanla Gürcüstan arasında tarixi problemlər var. 30 ildə Gürcüstanla Ermənistan arasında sərhədin demarkasiya, delimitasiya olmamasının səbəbi budur. Alen Simonyanın Papuaşvili ilə müzakirə etdiyi Cənubi Qafqaz koridoru İranın anti-İslam, anti-Azərbaycan, ali rəhbəri devirmək istiqamətində olan siyasətinin göstəricisidir. İran fəxr edir ki, onun kütlüyü, qanmazlığı getdikcə daha əlavə təbəqələrə bəlli olur.

Tbilisi Yerevana İran iştirakı ilə olan siyasiləşmiş loqistika mövzusunu qadağan edə bilər. Ermənistanın İranla əlaqələri kəsməsi, onun təsirindən çıxması, İranı ümumilikdə qovması aktuallaşır”.


Xəbər 3194 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +