Qaxda 13 yaşlı qıza təcavüz olunub?
Abşeronda bir ev 5 nəfərə satılıb
Dövlət bu şəxslərə ev verəcək
İlham Əliyev Qələbə Paradında iştirak edəcək
İrəli, Qarabağ! İrəli, Azərbaycan! - İsrail səfiri
Ryazan-Moskva neft kəmərində partlayış olub
AFFA hansı klubları cərimələdi?
AYNA əvvəlcə öz “aynasına“ baxmalıdır - Deputat
Muğam Müsabiqəsində yerimi pulla satdılar - İddia
Hollivud aktyoru Rusiyada biznes açır


02.05.2023  12:31 

Deputatlar televiziyaları tənqid etdi





A+  A-

“Bəzi telekanallar başqa ölkələrdən götürdükləri verilişləri Azərbaycanda tətbiq edir”.

XəzərNews.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov deyib ki, 70 yaşlı kişini evlənmək üçün efirə dəvət edirlər:
“Rusiya başqadır, bizim mənəviyyatımız, əxlaqımız fərqlidir. Ona övladı, nəvəsi baxır. 5 manat qazanırsınız, başa düşürük, amma millətin əxlaqını pozmağa çalışmayın”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, son illər yerli telekanallara baxanların sayı bir neçə dəfə azalıb.

O, deyib ki, bayağı məzmunlu verilişlər televiziyaların əsas hissəsinə çevrilib:
“Bayağı şou proqramların artması, şou əhlinin əsas simalar kimi təqdim olunması Zəfərimizə, məqsədimizə də uyğun deyil”.

Deputat Bəhruz Məhərrəmov qeyd edib ki, kütlənin zövqü televiziyaların yayım siyasətini müəyyən etməməlidir:

“Bu gün çoxsaylı İnternet telekanalı mövcuddur. Onların arasında kifayət qədər səviyyəli olanlar var. Ancaq elə İnternet telekanalları var ki, ciddi reklam resursları olmaya-olmaya böyük imkanlara malikdir. Onların qarşısına Soros ideyalarını təbliğ etmək, ermənilərin əli ilə edə bilmədiyini - Azərbaycanı daxildən dağıtmaq missiyası qoyulub. Bu gün özünü müxalifət lideri kimi təqdim edən birinin oğlu qondarma erməni soyqırımını tanıdığını bildirib. Ata oğluna görə hüquqi məsuliyyət daşımasa da, mənəvi məsuliyyət daşıyır. Bunu bir məmurun oğlu etsəydi, münasibət necə olardı? Bir məmurun övladı təsadüfi qəza törədəndə belələri necə səs-küy salır?”

Deputat Razi Nurullayev də telekanallarda bayağı verilişləri tənqid edib.

Xəbər 2459 dəfə oxunub.



27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto

27.08.2025  16:11 

AFFA hansı klubları cərimələdi?

27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü


BÜTÜN XƏBƏRLƏR +