Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


11.08.2025  11:33 

40 yaşlı kişi sevgilisini küçədə döydü





A+  A-

Bakının Xəzər rayonunda 40 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.

XəzərNews.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə bu ilin aprelin 7-də Şüvəlan qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emin Əhmədov həmin gün saat təxminən 22 radələrində yaşadığı ünvanda yerləşən evin qarşısında qeyri-rəsmi münasibətdə yaşadığı Esmira Vəliyeva (ad-soyad şərtidir – red.) ilə mübahisə edib.

Baş vermiş mübahisə zəminində yumruqla sevgilinin sifət nahiyəsindən bir neçə dəfə qəsdən vurub. Sonra isə əli ilə onun sol qol nahiyəsini qəsdən sıxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən E. Əhmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb, zərərçəkən şikayətini geri götürüb.

Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Xəbər 780 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +