Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


01.10.2018  11:58 

Yol polisindən sürücülərə xəbərdarlıq - 1 ay vaxtınız qaldı





A+  A-

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı bir daha xəbərdarlıq edir.
XəzərNews.az-ın məlumatına görə İdarənin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-nə qədər davam edəcək.

V.Əsədov yük avtomobillərinin və avtobusların sahiblərinə gecikmədən avtomobillərini texniki baxışdan keçirməyi tövsiyə edib. O bildirib ki, nəqliyyat vasitələri Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzinə təqdim edilməlidir:

"Yük avtomobillərinin və avtobusların sahiblərinə bir daha müraciət edirik ki, vaxtında öz avtomobillərini texniki baxışdan keçirsinlər, müddət bitdikdən sonra həmin avtomobillər cərimə ediləcək. Bir daha xatırladırıq ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir”.

Qeyd edək ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kameralar vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq.

Yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında baş tutacaq. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.

Xəbər 3017 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +