220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir
İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan
Macarıstan Rusiyadan enerji alacağını davam etdirəcək
İsveç xəbərdarlıq etmədən vuracaq - Nazir
Başqasının fotosunu paylaşaraq pul topladı
“Pirzola” restoranının sahibi niyə həbs edilib?
Adnandan sonra... - Başqa kimlər həbs oluna bilər?
İran “tövbə müsəllası”na hazırlaşmalıdır - TƏHLİL


18.09.2025  12:56 

Lavrovun açıqlamaları nədən xəbər verir?





A+  A-

ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) sentyabrın 17-də yaydığı hesabatda bildirib ki, Rusiya rəsmiləri açıq şəkildə Kremlin yalnız Ukraynanın tam təslim olması ilə nəticələnəcək danışıqlarda iştirak etmək niyyətində olduğunu nümayiş etdirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov həmin gün bəyan edib ki, “ərazi mübadiləsi” Moskvanın Ukraynadakı müharibəsinə son qoymayacaq. ISW qeyd edir ki, bu mövqe ABŞ prezidenti Donald Trampın sülhün əldə olunması üçün “ərazi mübadiləsi”nin zəruri ola biləcəyi barədə açıqlamaları ilə ziddiyyət təşkil edir.

Lavrov eyni zamanda Kremlin çoxdankı tələblərini təkrarlayıb. Onun sözlərinə görə, hər hansı gələcək sülh razılaşması müharibənin “əsas səbəblərini” aradan qaldırmalıdır. Kreml bu anlayışı indiyədək Ukraynada rusdilli əhaliyə qarşı guya ayrı-seçkilik, NATO-nun genişlənməsi, eləcə də Kiyevdəki hazırkı hökumətin əvəzlənməsi ilə izah edib.

Kremlin sözçüsü Dmitri Peskov isə sentyabrın 17-də bildirib ki, Moskva guya danışıqlar prosesinə açıqdır və Rusiyanın “arzu olunan həll yolunun” siyasi-diplomatik üsullarla mümkün ola biləcəyini iddia edib.

ISW bu bəyanatları Rusiyanın səmimi danışıqlarda maraqlı olmadığını, əksinə, ilkin maksimalist hərbi tələblərinə nail olmaq üçün müharibəni uzatmaq niyyətində olduğunu göstərən addımlar kimi qiymətləndirib.

Hesabatda həmçinin Kreml Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın mümkün istefası ilə bağlı yayılan məlumatlara diqqət çəkilib. Rusiyalı politoloq Arkadi Dubnovun sözlərinə görə, Kozak 2022-ci ilin fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Ukraynaya genişmiqyaslı hücumun başlanmasına qarşı çıxan yeganə iştirakçı olub. Jurnalist Aleksey Venediktov da bu məlumatı təsdiqləyib.

Mənbələr bildirir ki, Kozak dəfələrlə Rusiya Federasiyasının qeyri-legitim prezidenti Vladimir Putinlə fikir ayrılığına düşüb. İddialara görə, Putin və Kremldəki digər nüfuzlu şəxslər Kozakı vəzifəsindən uzaqlaşdırıb və ya onu “öz xahişi ilə istefaya” məcbur ediblər.

“Putinin Ukraynada müharibəyə son qoymaq niyyətini ifadə etməsinə baxmayaraq, öz yaxın çevrəsindən yüksək vəzifəli məmuru sıxışdırması göstərir ki, o və müşavirləri müharibəni davam etdirməkdə və maksimalist tələblər ətrafında birləşməkdə qərarlıdırlar”, – ISW qeyd edir.

Xəbər 2390 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +