İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi


15.05.2017  11:46 

Bu il yeyib-içməyə nə qədər xərcləmişik? - STATİSTİKA





A+  A-

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7% üstələyərək 10,2 mlrd. manata bərabər olub.
Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 50,6%-ni (5 mlrd. 161 mln. manat) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4%-ni (5 mlrd. 39 mln. manat) qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6% və 2,7% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2%-i (4 mlrd. 610,4 mln. manat) ərzaq məhsullarının, 5,4%-i (550,87 mln. manat) içkilər və tütün məmulatlarının, 17,7%-i (1 mlrd. 805,4 mln. manat) toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,4%-i (448,8 mln. manat) elektrik malları və mebellərin, 4,9%-i (499,8 mln. manat) avtomobil yanacağının, 1,3%-i (132,6 mln. manat) əczaçılıq və tibbi malların, 0,8%-i (81,6 mln. manat) kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3%-i (1 mlrd. 866,6 mln. manat) isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4%-i hüquqi şəxs statuslu müəssisələr, 53,5%-i fərdi sahibkarlar tərəfindən, 35,1%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7%, fərdi sahibkarlar üzrə 2,5% artıb, bazar və yarmarkalar üzrə isə sabit qalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.


Xəbər 3013 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +