Ramiz Mehdiyevə 4 ay ev dustaqlığı... - Məhkəmə
Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO


01.07.2022  17:27 

Rusiyaya daha bir ŞOK: 77 təyyarəsi xarici ölkələrdə saxlanıldı





A+  A-

Bu günə qədər Rusiya aviakompaniyalarına məxsus 77 təyyarə xarici ölkələrdə qalıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“İndiyə qədər 77 təyyarəmiz xaricdə saxlanılıb. Biz onlardan birini geri qaytara bilmişik. Hər bir təyyarə üçün mübarizə aparırıq”, - deyə Vitali Savelyev bildirib. O qeyd edib, təyyarələrin bir hissəsi icarədarların qərarı ilə saxlanılıb, bəziləri isə Avropa səmasının bağlanması səbəbindən uça bilmir.

RF Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda ölkədə 1274 təyyarə istismar olunur. Onlardan 1151-i sərnişin təyyarəsi olmaqla, 1207 layner Rusiyada reyestr qeydiyyatdadır.

Qeyd edək ki, Rusiyanın Baş naziri Mixail Mişustin mart ayında hökumətin iclasında çıxış edərkən hakimiyyət orqanlarının xaricdə istehsal olunan təyyarə parkının qorunmasında Rusiya aviaşirkətlərinə kömək edəcəyini bildirib.

Xəbər 3112 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +