Prezident Elina Valtonenini qəbul etdi
Azərbaycanın qeyd-şərti ilə hazırlanan Saziş təsdiq edildi
Bakı və Abşeronda hava: Çiskinli yağış yağacaq
Haqqımda yayılanlar yalandır, boş söhbətlərdir - Əli Həsənov
Mənə dedi ki, pambıqla baş kəs... - Sabiq icra başçısı
Ermənistanda atışma, iş adamının oğlu saxlanıldı -FOTO
Məşhur general işindən azad edildi
Rusiyada Ramiz Mehdiyevin həbsinə inanılmaz reaksiya -FOTO
Ramiz Mehdiyevdən sonra növbə onlarındı -Sabiq nazir
Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı


17.02.2018  15:57 

Federerdən tarixi rekord





A+  A-

Rotterdamda keçirilən tennis turnirinin dörddəbir finala yekun vurulub.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, hollandiyalı Robin Haasa qalib gələn isveçrəli Rocer Federer yenidən dünya reytinq cədvəlinin birinci pilləsinə yüksəlib.

Beləliklə, Federer eyni vaxtda bir neçə rekordu təzələyib. O, 36 yaşında dünya kişi tennisi tarixində reytinqin ən yaşlı lideri olub. Buna qədər həmin rekord 33 yaşlı Andre Aqassiyə məxsus idi.

İsveçrəli tennisçi reytinqin birinci pilləsini 5 il 106 gün əvvəl tərk etmişdi. İndiyədək heç kəsə bu qədər uzun fasilədən sonra zirvəyə qayıtmaq nəsib olmayıb. Federer ilk dəfə 2004-cü ildə dünyanın bir nömrəli raketka ustası olmuş və ümumilikdə 302 həftə bu yüksək pillədə qala bilmişdi.

Məşhur tennisçi yanvarda “Australian Open” turnirinin çempionu olub. Bu turnirdə o, artıq altı qələbə qazanıb. İsveçrəlinin hesabında “Böyük dəbilqə” seriyasından ümumilikdə 20 qələbə var.

Xəbər 3361 dəfə oxunub.



15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi

15.10.2025  10:20 

Xalq artisti vəfat etdi

15.10.2025  10:00 

Rəisini SEPAH niyə öldürdü?

15.10.2025  01:55 

Sərhədlərlər bağlı YENİLİK

15.10.2025  01:50 

Ronaldo rekordu yenilədi

15.10.2025  01:30 

Avtobusda yanğın, ölənlər var


BÜTÜN XƏBƏRLƏR +