Rusiya Ukrayna itkilərini açıqladı
Tanınmış aktyor vəfat etdi
Dayısının 1 milyon manata yaxın pulunu ələ keçirdi
Prezident Qazaxıstana səfər edəcək
Mehdiyevin oğlunun şirkəti borca düşdü
Prezident yeni səfiri qəbul etdi
Mehdiyevə çağırış olmayıb... - TƏBİB-dən açıqlama
Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?
Yusif Şirinli tutduğu vəzifədən azad olunub
Dron hücumları: Rusiyanın üç bölgəsi işıqsız qalıb


23.09.2025  12:30 

Azərbaycan-İsrail əməkdaşlığı bəhanədir: Hədəf Türk Birliyidir





A+  A-

“Son günlər bəzi dairələr İsrail və İran arasında yaşanan gərginliyi bəhanə edərək, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını hədəf almağa çalışırlar. Özlərini ekspert və ya köşə yazarı kimi təqdim edən şəxslər Azərbaycan–İsrail münasibətlərini birtərəfli və emosional şərhlərlə təhrif edir, hadisələri tarixi və geosiyasi reallıqlardan uzaqlaşdırmağa cəhd göstərirlər”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Tənzilə Rüstəmxanlı çıxış edib.

T.Rüstəmxanlı bildirib ki, bu fikirlərin əsassızlığı və arqumentlərin zəifliyi onların siyasi təhlildən çox iki qardaş ölkə arasında təxribat xarakteri daşıyan layihələrin tərkib hissəsi olduğunu göstərir.

“Məlum olduğu kimi, Türkiyə Qəzza məsələsində xüsusi həssaslıq nümayiş etdirir və Fələstini açıq şəkildə dəstəkləyir. Lakin bəzi media resursları bu mövzunu kontekstdən çıxararaq Azərbaycana qarşı haqsız ittihamlar irəli sürürlər. Hətta Türkiyənin bəzi media orqanlarında “Azərbaycan sionist rejimlə birləşib” və ya “Azərbaycan Qəzzadakı qətliamda iştirak edir” kimi ifadələrə rast gəlinir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan ilə İsrail arasında əməkdaşlıq açıq və şəffaf şəkildə həyata keçirilir:

“Rəsmi Bakı bu əlaqələri heç vaxt gizlətməyib. Müqayisə üçün, 2 may 2024-cü ilədək Türkiyə İsrailə ən çox məhsul ixrac edən ölkələrdən biri olub və ilk onluqda yer alıb. Azərbaycan isə həmin siyahının ilk 30-luğunda belə mövcud deyil. Tarixi fakt odur ki, işğal dönəmində, Vətən müharibəsi günlərində və sonrakı dövrdə qardaş Türkiyə daim Azərbaycanın yanında olub. İsrail də bu illərdə ölkəmizə dəstək göstərib, yəhudi diasporu isə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb”.

Xəbər 3948 dəfə oxunub.




16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək


BÜTÜN XƏBƏRLƏR +