Ramiz Mehdiyevin oğlu hərbi xidmətdən yayınıb?
Rusiyada yanacaq qıtlığı: Ölkədə nə baş verir?
Zelenskidən Rusiyaya xəbərdarlıq: Biz heçnə...
Keçmiş nazirə “stop” qoyuldu -İDDİA
Zahid Oruc barəsində yazılanlara münasibət bildirib
Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb
Türkiyədə zəlzələ baş verib
Sabahın havası açıqlandı
PUA hücumu: Bu ölkədə qaz idxalı dayandırıldı
Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar


20.12.2023  11:19 

Heydər Əliyev bir gündə iki dəfə anıldı – Kiyevdə/Fotolar





A+  A-

Kiyev şəhərində, Ukrinformun Media Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) dəstəyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Xəzərnews.az xəbər verir ki, “Heydər Əliyevin Ukrayna – Azərbaycan münasibətlərində rolu” mövzusunda təşkil olunan konfransda alimlər və ictimai xadimlər iştirak edib. Konfransa videobağlantı vasitəsilə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Kamran Bayramov, deputatlardan Razi Nurullayev, Məzahir Əfəndiyev, Sabir Hacıyev, Azər Kərimli qatılıblar.



Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan qısametrajlı film nümayiş etdirilib.

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov Heydər Əliyevin Azərbaycan xalqı, o cümlədən Ukrayna-Azərbaycan əlaqələri, ali qununverici orqanları arasımnda münasibətlərin inkişafına verdiyi töhfədən danışıb.

DABF-ın Baş katibi Hikmət Cavadov Ümummilli lider Heydər Əliyevin diaspor qruculuğundakı xidmətlərindən, xüsusən də Ukraynadakı Azərbaycan diasporunun formalaşmasındakı rolundan bəhs edib. H.Cavadov qeyd edib ki, bu toplantı 100 illik ərəfəsində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun dəstəyi ilə Ukraynanın müxtəlif yerlərində keçirilən sayca dördüncü tədbirdir.



Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov hazırda Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların bu ölkəyə inteqrasiya məsələlərindən söhbət açıb.

Tədbirdə çıxış edən alimlər - “Kyіv-Mohyla Akademiyası” Milli Universitetinin müəllimi, tarix elmlər doktoru, professor Fərhad Turanlı, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, Dünya Tarixi İnstitutunun direktoru, Ukraynanın əməkdar elm və texnika xadimi, tarix elmlər doktoru, professor Andriy Kudryaçenko, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kyiv Əqli mülkiyyət və Hüquq Universitetinin Konstitutsiya, Beynəlxalq hüquq və İctimai hüquq fənləri kafedrasının müəllimi, Ukrayananın əməkdar təhsil işçisi, hüquq elmlər doktoru, professor Arif Quliyev Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətlərindən danışıb, Kiyevə səfərləri zamanı azərbaycanlılarla keçirdiyri görüşlərindən xatirələrini bölüşüblər.



Tədbirdən sonra Kiyevdəki Ukrayna Aktyorlar Evində DABF-ın dəstəyi, Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil olunub.

Böyük anşlaqla keçən konsertdə Heydər Əliyevin xoşladığı musiqi nömrələri Azərbaycan və Ukrayn dillərində ifa olunub.



Konsertdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və diplomatik korpusun əməkdaşları, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Valeri Kolyux, Ukrayna Ali Radası sadərinin müşaviri, UABD sədri Hikmət Cavadov, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov və digər rəsmi şəxslər, diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.






Xəbər 3114 dəfə oxunub.




19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı

19.10.2025  16:28 

Türkiyədə zəlzələ baş verib

19.10.2025  16:25 

Sabahın havası açıqlandı

18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?


BÜTÜN XƏBƏRLƏR +