Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


28.11.2022  08:55 

Üçlü qətlin dəhşətli təfərrüatları məlum olub





A+  A-

Moskva yaxınlığındakı Krasnaya Poima kəndindəki evlərdən birinin mənzilində 3 meyit tapılıb.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, Luxovitsı rayonunda baş verən üçlü qətlin dəhşətli təfərrüatları məlum olub.

Qətldən ilk dəfə evin 61 yaşlı sahibinin (bütün adlar dəyişdirilib) bacısı xəbər tutub. O, qohumunu ziyarət etməyə gəlib və ona yemək gətirib. Xanım öz açarı ilə qapını açmağa çalışsa da, qapının açıq olduğunu görüb.

Mətbəxin astanasındakı kişi və qadın cəsədləri, yataq otağında isə mənzil sahibinin meyiti olub.

Qətli törədən 14 yaşlı qatil qurbanların cəsədlərini boya ilə dolduraraq mətbəxdəki qazı açıq qoyub.

Hadisə yerinə gələn fövqəladə hallar xidməti cinayətin hansı qəddarlıqla törədildiyinə diqqət çəkib.

İlkin məlumatlara görə, onlardan biri yataqdaykən öldürülüb. Onun bədənində, boyun və qarın nahiyəsində çoxsaylı bıçaq xəsarətləri olub.

Mətbəxin girişində döşəmədə 35 yaşlı yerli sakin Aleksandranın cəsədi isə paltarsız olub. Ona da bıçaq zərbələri endirilib. Onun yanında isə 42 yaşlı kişinin cəsədi olub.

Qatil onunla çox qəddar davranıb. Ekspertlər bildiriblər ki, bıçaq xəsarətləri ilə yanaşı, o, balta və sərt əşyalarla çoxsaylı zərbələr alıb, ayaqları məftillə bağlanıb.

Ölənlərin üzləri və yaraları ağ boya ilə rənglənib, mətbəxdə qaz yanılı olub, hər yerdə işıqlar yandırılıb.

Polis qətldə 14 yaşlı gənci şübhəli bilir. Lakin ölənlərin yaxınları 14 yaşlı yeniyetmənin üç böyüklə, hətta bu qədər amansız davrana biləcəyinə inanmırlar.

Yusif Əlican
XəzərNews.az


Xəbər 1298 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +