Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi
Elgünün ölüm səbəbi açıqlandı - RƏSMİ
Rövşən Qurbanov həbs edildi
“Bu görüntülər məni məhv etdi”-Xoşqədəm
Lənkəranda bağçada uşaqlara şiddət göstərilib?
Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşlarıdır?
İran Fələstin mövzusuna zərbə vurmağa hazırdır - Politoloq
Komandirin 150 min manatı ələ keçirilib
Araz Musayev niyə bıçaqlanıb? - SƏBƏB
Fransanın məşhur manyakları...


22.08.2017  10:54 

Bələdiyyə sədrinə “məcburi göstəriş” verildi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Şəki, Qax, Balakən, Zaqatala) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
XəzərNews.az xəbər verir ki, keçirilən reyd zamanı Şəki rayonu “Qumux dərəsi” adlanan ərazidə tibbi tullantıların qalaqlandığı aşkar edilib.

Araşdırma zamanı sözügedən ərazinin Baş Layıski bələdiyyəsinin mülkiyyətinə aid olduğu və əraziyə istifadə müddəti sona çatmış 4 m3 həcmində müxtəlif adda iynə və dərman peraparatlarından ibarət tibbi tullantıların atıldığı məlum olub. Əraziyə Şəki rayonu Gigiyena Epidemologiya Mərkəzinin, rayon Polis Şöbəsinin, Baş Layıski Bələdiyyəsinin və Baş Layıski İnzibati Ərazi Dairəsinin nümayəndələri dəvət edilib.

Faktla bağlı akt tərtib olunub və ərazinin tullantılardan təmizlənməsi üçün Baş Layıski Bələdiyyəsinin sədrinəicrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Araşdırma müddətində təhlükəli tullantıları atan təqsirkar şəxslərin müəyyələşdirilməsi mümkün olmayıb. Qanunpozucuları barəsində qanunamüvafiq qaydada tədbir görülməsini təmin etmək məqsədilə təqsirkarların tapılması üçün Şəki rayon Polis Şöbəsinə müraciət edilib.

Xəbər 1801 dəfə oxunub.




29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +