Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


23.03.2024  09:28 

Yardımlı sakini 13 kiloqram narkotiklə saxlanılıb





A+  A-

Yardımlı sakini 13 kiloqram narkotiklə tutulub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəzərnews.az -a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Vəliyev Tofik saxlanılıb.

Onun həyətindəki yardımçı tikilidən 9 kiloqram heroin, 2 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1020 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

T.Vəliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhərinə çatdırmağa razılaşdığı müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

Xəbər 3853 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +