Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb





A+  A-

Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır.

XəzərNews.az xəbər verir ki, Hicri-qəməri təqvimlə 1446-cı il başa çatır, yeni 1447-ci il başlayır.

Məhərrəm ayı Hicri-qəməri tarixin birinci ayıdır. Məhərrəm ayının 1-i miladi təqvimlə iyunun 26-na təsadüf edir.

Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 5-nə düşəcək. "Aşura" sözünün ərəbcədən tərcümədə mənası "onuncu" deməkdir. İyulun 25-i Məhərrəm ayının son günüdür.

Növbəti gün, iyulun 26-ı isə Səfər ayı başlayacaq. Avqustun 23-də Səfər ayı başa çatacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya əsasən, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və sair dinimizə görə qəbuledilməzdir.

“Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

Xəbər 549 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +