Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


12.06.2023  12:26 

Şəhid atası evsiz jurnalistləri dəstəklədi: “Evi jurnalistlərə tikiblər”





A+  A-

“Evi jurnalistlərə tikiblər, onlara da verməlidilər, həsrətlə gözləyənlər var, haqlarıdı. Bakı şəhərində ancaq Bakıda qeydiyyatı olan şəhid ailələrinə mənzil verilir, Bakıda da şəhid ailələrinin sayı, tikilən mənzillərin sayından azdı. Belə də ki jurnalistlərə əvvəl tikilən mənzilləri paylayanda, evsiz şəhid ailələri haqda müzakirə yox idi...” 

XəzərNews.az xəbər verir ki, bu sözləri şəhid atası Nofəl Qasımov deyib.

N.Qasımov Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binadakı hazır mənzillərin 22 iyul Milli Mətbuat Günü ərəfəsində evsiz jurnalistlərə verilməsini arzuladığını dilə gətirib: "Ay jurnalist soydaşlarımız, mənziliniz özünüzə qismət olsun!”.

Qeyd edək ki, Nofəl Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenant Səid Rəşidzadənin atasıdır.

Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant 2020-ci il oktyabrın 11-də Hadrutun girişindəki Şişqaya deyilən yüksəkliyi azad edib, bayrağı sancan zaman snayper gülləsi ilə vurulub. 

Səid Rəşidzadə ölümündən sonra aşağıdakı orden medallarla təltif olunub: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni; "Vətən uğrunda" medalı; “Xocavəndin azad olunmasına görə” medalı, "İgidliyə görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı.

Qeyd edək ki, şəhid atası Nofəl Qasımov Füzuli rayonu İcra Hakimiyyətinin keçmiş başçısıdır. O, Birinci Qarabağ savaşında Füzuli Özünümüdafiə batalyonunu komandiri kimi vuruşub.

Xəbər 1351 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +