Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


09.01.2023  15:47 

“Sanki gizli bir əl bu prosesin inkişafına mane olur“





A+  A-

"Yeni ildəki ilk görüşümüzdə mən çoxlarının xırda saydığı 2 məsələyə toxunmaq istəyirəm. Bunları Milli Məclisin ötənilki axırıncı iclasında da dilə gətirdim və müəyyən anlaşılmaz reaksiyalar doğurdu".

XəzərNews.az xəbər verir ki, bu fikirləri Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az saytının "Sabir Rüstəmxanlı söhbətləri" verilişində deyib.

Millət vəkilinin sözlərinə görə, Milli Məclisin son iclasında 2023-cü ilin ilk günündən doğulan uşaqların soyadlarının milli olması təklifi ilə çıxış edib.

1992-ci ildə soyad sonluqları ilə bağlı parlamentdə qərar qəbul edildiyini xatırladan millət vəkili son 30 ildə bu istiqamətdə ciddi dəyişiklik müşahidə edilmədiyini bildirib:

"Çox az şey dəyişib. Sanki gizli bir əl bu prosesin inkişafına mane olur. Mən bu gün bəzi məktəblərə zəng vurub soruşdum. 2500 nəfərlik şagirdi olan bir məktəbdə təxminən neçə uşaq milli soyad daşıyır? Maraqlandım və məlum oldu ki, 1-ci sinifdə cəmi 2 nəfərin soyadı lı, li ilə bitir, qalanlarında ov-dur. O biri sinifdə 27 şagirddən 15-nin soyadı ov sonluğu ilə deyil. Onların da cəmi 2-3-ü lı, lü sonluğu ilədir. Yerdə qalan zadə-dir. Maraqlı bir prosesdi, sanki o "zadə"ni "ov"un əvəzinə ortaya atırlar. Bu da farsın şəkilçisidir. Bunun bizə nə aidiyyatı var? Mən hələ adları demirəm. Bakıda baxıram son vaxtlarda bir sıra qəribə adlar və soyadlar meydana çıxır. Ərəb adlarına meyillilik güclənir".

Millət vəkili soyad sonluqları, milli adlar, millətin özünüdərki ilə bağlı digər mühüm məqamlara da toxunub. Bu barədə daha ətraflı "Sabir Rüstəmxanlı söhbətləri"ndə dinləyə bilərsiz.



Xəbər 1367 dəfə oxunub.





11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +