Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


07.01.2023  13:36 

Özünü “Azərsu”nun əməkdaşı kimi təqdim etdi





A+  A-

Abşeron rayonunda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul almağa cəhd edən şəxs peyda olub.

XəzərNews.az xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

“Abonentlərdən biri tərəfindən çəkilmiş fotoşəkildən və araşdırmalardan məlum olub ki, həmin şəxs əvvəllər “Azərsu” ASC-də çalışmış və sonradan işdən azad olunmuş Abbasov Şahin Nadir oğludur.

Ş.Abbasov Xırdalan şəhəri, Masazır, Qobu, Hökməli, Saray qəsəbələri və Atyalı ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edib. O, daha çox debitor borcu olan abonentləri seçərək onlara borcun bir hissəsinin nağd şəkildə ödənilməsi müqabilində qalan hissəsinin tamamilə silinəcəyini bildirib. Bu yolla bir neçə abonenti aldatmağa müvəffəq olub.

“Azərsu” ASC abonentlərin diqqətinə çatdırır ki, bu cür qeyri-qanuni üsullarla debitor borcun silinməsi mümkün deyil və belə təkliflərə aldanmasınlar. Üstəlik mənzillərə yaxınlaşan və özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq qaydada xidməti vəsiqə tələb etsinlər. Xidməti vəsiqə təqdim etməyənlərin tələblərini yerinə yetirməsinlər və suallarını cavablandırmasınlar. Belə qeyri-qanuni əməllərlə rastlaşdıqda və şübhə doğuran hallarla qarşılaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.

Abonentlərdən xahiş olunur ki, yaşadıqları ünvana yaxınlaşan “Azərsu” ASC-nin əməkdaşları da daxil olmaqla heç kimə nağd pul ödəməsinlər, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər”, - məlumatda bildirilib.

Xəbər 1126 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +