Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


11.07.2022  11:34 

Şərif Ağayar İsfəndiyar Vahabzadəyə QARŞI: “Bu xalqı aldadanın yekəsi elə siz olmusunuz...”





A+  A-

“İsfəndiyar Vahabzadə deyir, hakimiyyət 40 ildir bizi aldadır. Cəsarətli çıxışını alqışlayıram da, amma adam elə danışır, elə bil Almas İldırımın oğludur. Müəllim, 40 ildir ailəlikcə elə bu hakimiyyətin yanındasınız də. “Leninlə söhbət” poemasından tutmuş “Şəhidlər” poemasınacan bütün konyunkturaların mükafatını almısınız”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə yazıçı Şərif Ağayar çıxış edib.

Ş.Ağayar bildirib ki, həm də təkcə ailəniz deyil, qohum-əqrəbanız, tanışlarınız, vəzifəyə qoyduğunuz adamlar:

“Bir sözlə, istədiyiniz, arzuladığınız hər kəs. Əgər aldanmışıqsa, hərgah mən də belə düşünürəm, aldadanın yekəsi elə siz olmusunuz. Camaat mətbuatla aldadıbsa, siz kitabla aldatmısınız. Əlli il sonraya da yalan satmısınız. Hələ gör bu zavallı xalq neçə il doğub-törəməli, qırılıb-tükənməlidir ki, o yalanlara inanmağa adam çatdırsın. Bir az məsuliyyət yaxşı şeydir. Doğrudan sizdə səmimi təbəddülat gedirsə, mənəvi təmizliyə evinizdən başlamalısınız. Misal üçün bizi aldadan hakmiyyətlərdən aldığınız evlərin heç olmasa birindən imtina etməlisiniz”.

Xəbər 1783 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +