İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


26.06.2022  19:11 

Bakı metrosunda musiqili fləşmob keçirilib





A+  A-

Bakı metropolitenində növbəti dəfə musiqili fləşmob keçirilib.

XəzərNews.az xəbər verir ki, “Havana Music Band” musiqi qrupunun təşəbbüsü ilə təşkil olunmuş səyyar aksiya Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü günündə keçirilməsi ilə əlamətdar olub.

Aksiyanın təşkilində məqsəd gənclərin daha çox üstünlük verdiyi janrlarda səsləndirilən musiqi parçaları ilə metropolitendən istifadə edən sərnişinlərə xoş anlar yaşatmaq, onların bayram ovqatını daha da yüksəltmək olub.

Canlı layihə “28 May” stansiyasının platformasının orta zalında başlanıb. Əvvəlcədən planlaşdırılmış və qurulmuş səhnədə deyil, məhz səyyar ifa proqramın maraqla qarşılanmasına səbəb olub. Qatarlarda və stansiyalarda davam etdirilən fləşmob sərnişinlərə sürprizli anlar bəxş edib.

Musiqiçilərin ifasında Nəbi Xəzrinin sözlərinə Müslüm Maqomayevin bəstələyərək ifa etdiyi əfsanəvi “Azərbaycan” mahnısının sədaları böyük maraqla qarşılanıb. Vətənpərvərlik ruhunu aşılayan sevimli musiqi parçaları, şən və oynaq ritmli ifa tərzi sərnişinlərin əhval-ruhiyyəsinə əlavə rəng qatıb.

Konsert proqramına günün ruhuna uyğun Azərbaycan, eləcə də müasir dünya musiqisi janrlarından ibarət parçalar daxil edilib.

Musiqi dəqiqələri Azərbaycan hərb salnaməsinin şanlı tarixinin tərənnümü olan "8 Noyabr" stansiyasında başa çatdırılıb.

Xəbər 1559 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +