İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


26.06.2022  14:22 

“Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə...





A+  A-

“DOST” mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsi işləri çərçivəsində 2022-2023-cü illərdə Bərdə və Quba rayonlarında da “DOST” mərkəzləri açılacaq.

XəzərNews.az xəbər verir ki, bu dövrdə həmçinin 5 saylı Bakı “DOST” Mərkəzi istifadəyə veriləcək. İşğaldan azad edilmiş ərazilərimizlə bağlı “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə həmin ərazilərdə bir neçə mərkəz, filial və xidmət məntəqələri də yaradılacaq.

2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və həmin vaxtdan artıq 5 “DOST” mərkəzi açılıb.

Bu mərkəzlərdə sosial sahə üzrə 154 xidmət “bir pəncərə”dən, müasir, çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun göstərilir.

Ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub.

Ötən dövrdə bu mərkəzlərdə 1 milyona yaxın vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu isə 98,5 faizdir.

Xəbər 1599 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +