Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb


23.02.2021  21:37 

“Qazanan Cahangir Əsgərov və ətrafıdır”





A+  A-

Son günlərdə sosial şəbəkələrdə tənqid olunan məsələlərdən biri də "Azərbaycan Hava Yolları" QSC-nin biletləri baha qiymətə satmasıdır.
XəzərNews.az xəbər verir ki, bununla bağlı hüquq müdafiəçisi Aslan İsmayılov da öz səhifəsində paylaşım edib.

"Pandemiyadan sonra hava xətlərinin açılmasından istifadə edən AZAL-ın yenə vətəndaşları talan edəcəyinə şübhə etmirəm. Artıq Tbilisidən İstanbula biletin dəyəri 110 manat olduğu halda, Bakıdan İstanbula 800 manat, Bakı-Moskva biletinin qiyməti isə 1000 manatdan da artıqdır. Bu, əsl talançılıqdır.

Ən dəhşətlisi də odur ki, Gürcüstan hava xətləri özəldir və büdcədən heç bir dəstək almır. AZAL isə dövlət mülkiyyəti hesab olunur və qiymət bahalığından savayı, həm də dövlət büdcəsindən yüz milyonlarla ödəmələr hesabına xalqı talan edir. Qazanan isə Cahangir Əsgərov və ətrafıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 12 fevral 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Hava Yolları” QSC də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. AİH-in yaradılmasında məqsəd dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsidir.



Xəbər 2798 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +