Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


02.02.2021  14:22 

Məhkəmə Koçaryanın ölkədən çıxmasına icazə verdi





A+  A-

Eks-prezident Robert Koçaryanın fevralın 3-dən 8-dək xaricə getməsinə icazə verilib.
XəzərNews.az xəbər verir ki, bu barədə prokuror Gevorg Bağdasaryan bu gün keçirilən məhkəmə iclasında polisdən alınan bildirişə istinad edərək məlumat verib.

“Buna əsasən polis müvəqqəti olaraq Robert Koçaryanın səyahətinə qoyulan məhdudiyyətləri ləğv edir”,- deyə Bağdasaryan qeyd edib.

O, Koçaryanın hansı səbəblə və niyə məhz bu müddət ərzində Ermənistanı tərk edə biləcəyinə dair məhkəmədən izahat almadıqlarını qeyd edib. Hakim Anna Danibekyan prokurorluğun qaldırılan suallara məhkəmə katibliyindən cavab alacağını və bundan sonra iclasın davam edəcəyini bildirib.

Bu gün Armen Gevorgyan işi üzrə müttəhimlərdən birinin vəkili Eric Aleksanyan hakim Anna Danibekyandan hakimlikdən çəkilməsini tələb edib.

Xatırladaq ki, 26 iyul 2018-ci il tarixində Ermənistan Xüsusi İstintaq Xidməti Koçaryanı 1 Mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılması ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham edib. Koçaryan ittihamları uydurma siyasi təqib hesab edir. Cinayət işində KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyanın da adı keçir.

Xəbər 2153 dəfə oxunub.



24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +