Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


07.10.2020  12:14 

Paşinyanın müşaviri Ermənistanın cinayətini etiraf etdi





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyanın Baş müşaviri Vaqarşak Arutyunyan "Rossiya 1" telekanalına müsahibəsində dinc əhalini hədəf aldıqlarını etiraf edib.
XəzərNews.az xəbər verir ki, xəbər buraxılışında efirə gedən müsahibədə Arutyunyan Ermənistan ordusunun Azərbaycan ərazisindəki dinc yaşayış məskənlərini hədəf alacağını açıqlayıb: "Hazırda artilleriya qurğularının və hava hücumundan müdafiə sistemlərinin vurulması üzrə taktika hazırlanıb, daha sonra isə panika yaratmaq üçün dinc yaşayış məntəqələri vurulacaq",-deyə Arutyunyan qeyd edib.

Arutyunyanın bu açıqlamasından sonra müsahibənin davamının efirə verilməsi dayandırılıb.

Xatırladaq ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz tvitter hesabında xəritə tipli infoqrafika paylaşaraq ermənilərin müxtəlif istinad nöqtələri ilə Gorus və Vardenis rayonlarından Azərbaycanın 6 mülki ərazisinə raket hücumları təşkil etdiyini qeyd etmişdi. Belə ki, Vardenisdən Xızı, Abşeron, Mingəçevir, Gəncə, Gorusdan isə Tərtər və Beyləqan atəşə tutulur.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə Azərbaycanın peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdırılacağını bildirmişdi.

Xəbər 2345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +