10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


02.10.2020  13:58 

Sabaha olan hava proqnozu açıqlandı





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər saatlarında zəif duman olacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz olacaq.

Oktyabrın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-26, dağlarda gecə 3-8, gündüz 8-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər 1815 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +